Qəzzada 187 min nəfər evini tərk edib


BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) Qəzza zolağında məcburi köçkünlərin (döyüşlər səbəbindən evlərini tərk etməyə məcbur olan, lakin öz ölkələrində qalan) sayının 187 minə yüksəldiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Bildirilib ki, UNRWA-ya məxsus 83 məktəb binasına ən azı 137 min insan sığınıb.
“Daha 50 min fələstinli isə hələ də evsizdir. Qəzzanın özündə sığınacaqlar doludur və içməli su təchizatı məhduddur”.

DİGƏR XƏBƏRLƏR

Top