Boluslu sakinləri: "Qaranlıqda qalmışıq" - Fotolar


Goranboy rayon Boluslu kənd sakinləri elektrik enerjisinin tez-tez kəsilməsindən şikayətçidirlər.
Bu barədə Yeniavaz.com-a məlumat verən sakinlər bildirirlər ki, küləkli havada elektrik enerjisinin kəsilməsi müəyyən qədər başadüşüləndir:
"Lakin küləksiz, sakit havada da elektrik enerjisini söndürürlər. Təngə gəlmişik. Kənddə hazırda hava az küləklidir, bunu bəhanə edib elektrik enerjisinin verilişini dayandırıblar, qaranlıqda qalmışıq".
Məsələ ilə bağlı Goranboy Elektirik Şəbəkəsindən müvafiq sorğumuza belə cavab verildi:
"Elektirik şəbəkəsində nasazlıq var. İşlər yekunlaşan kimi elektirikin verlişi bərpa olunacaq".


Esmira Hidayətova, Goranboy
 

DİGƏR XƏBƏRLƏR

Top