Aİ xarici işlər nazirlərinin fövqəladə iclasını çağırır


“Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Jozep Borrell İsraildəki döyüşlərlə əlaqədar Aİ xarici işlər nazirlərinin fövqəladə iclasını keçirəcək”.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun rəsmi nümayəndəsi, Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Peter Stano Brüsseldə keçirdiyi brifinqdə açıqlayıb. Onun sözlərinə görə, iclas Borrelin səfərdə olduğu Omanda baş tutacaq, bəzi nazirlər iclasa videokonfrans vasitəsilə qoşulacaq.
“Mən çərşənbə axşamı İsrail və Yaxın Şərqdəki vəziyyətlə bağlı xarici işlər nazirləri səviyyəsində Aİ Komissiyasının fövqəladə iclasını çağırıram”, - Borrell bildirib.
“İclas oktyabrın 10-da Omanda baş tutacaq, hansı ki, xarici siyasət xidmətinin rəhbəri hazırda burada Aİ - Körfəz Əməkdaşlıq Şurasının iclasında iştirak edir. Bəzi nazirlər görüşə videokonfrans vasitəsilə qoşulacaqlar”, - Stano qeyd edib.
Peter Stano həmçinin İsrail hakimiyyətinin elektrik enerjisi və yanacaq tədarükünün kəsilməsi də daxil olmaqla Qəzza zolağının tam blokadaya alındığını elan etməsi ilə bağlı məsələyə də münasibət bildirib.
“Aİ-nin mövqeyi ondan ibarətdir ki, İsrail özünü müdafiə etmək hüququna malikdir”, - o deyib.
Aİ Komissiyasının digər nümayəndəsi Anna Pizoniero isə Avropanın Qəzza zolağına humanitar yardım göndərilməsinin İsrailə hücumu maliyyələşdirmək üçün istifadə oluna biləcəyini istisna edərək, bunun Fələstin Administrasiyasının prioritet ehtiyaclarını ödəmək üçün ünvanlı yardım olduğunu vurğulayıb.
“Bu resurslar birbaşa və ya dolayısı ilə terrorçu qruplara verilməyib. HƏMAS Aİ tərəfindən terrorçu qrup kimi tanınır və onunla heç bir əlaqə yoxdur”, - deyə o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top