
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi İsraili dəstəkləyəcək və Fələstinin HƏMAS hərəkatının hərəkətlərini pisləyəcək ikitərəfli qətnamə hazırlayır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Axios” portalı sənəd layihəsinə istinadən məlumat yayıb. Məlumata görə, qətnamə layihəsini komitə sədri Maykl Makkol (Texasdan respublikaçı) və komitə üzvü Qreq Miks (Nyu-Yorkdan demokrat) hazırlayır. Nümayəndələr Palatası bu şəkildə İsrailə dəstəyini ifadə edəcək və HƏMAS-ın, həmçinin digər qruplaşmaların hərəkətlərini pisləyəcək.
Qətnamə, həmçinin hücumları dərhal dayandırmaq, bütün girovları azad etmək və ölənlərin cəsədlərini qaytarmaq zərurətindən bəhs edir.
Bundan əlavə, sənədin müəllifləri ABŞ və İsrail arasında 2016-cı il qarşılıqlı anlaşma memorandumuna uyğun olaraq yardım göstərmək də daxil olmaqla, ABŞ-ın İsrailin təhlükəsizliyini təmin etmək öhdəliyini bir daha təsdiq etməyi tələb edirlər.
Qətnamədə “terrorçuların maraqları naminə ABŞ yardımından birbaşa və ya dolayı istifadənin qarşısının alınması” çağırışları da yer alır. Eyni zamanda, sənədin müəllifləri İsrailə təhlükəsizlik, diplomatiya və kəşfiyyat sahəsində dəstək göstərməyi də təklif edirlər.
Tətbiqimizi yükləyə bilərsiniz