“İsrail ordusu Qəzza zolağı ətrafında hərbi əməliyyatların başlaması ilə əlaqədar 300 min ehtiyatda olan əsgəri öz sıralarına çağırıb”.
Yeniavaz.com xəbər verir ki, bunu İsrail ordusunun sözçüsü Daniel Həqari bildirib.
“Biz heç vaxt bu qədər ehtiyatda olan əsgəri bu qədər sürətlə səfərbər etməmişdik - 48 saat ərzində 300 min ehtiyatda olan əsgər ordu sıralarına çağırılıb”, - Həqari deyib.