“Azərbaycan səfirliyi Tehranda fəaliyyətə başlayacaq” – Kənani


“Səfirliyin yenidən açılması ilə bağlı konsensus var. İnşallah, Azərbaycan səfirliyi Tehranda fəaliyyətə başlayacaq”.
Yeniavaz.com “Mehr”ə istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani oktyabrın 9-da keçirdiyi mətbuat konfransında deyib.
Kənani Azərbaycan rəsmisinin Tehrana səfərinə də münasibət bildirib. O, səfərlə bağlı bunları deyib:
“Bu səfər iki ölkənin yüksək vəzifəli şəxsləri arasında siyasi, iqtisadi sahələrdə və Qafqazdakı hadisələrlə bağlı danışıqların davamı idi. Yaxşı müzakirələr, məsləhətləşmələr oldu”.
Qeyd edək ki, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov oktyabrın 3-də Tehranda səfərdə olub. İran Prezidenti İbrahim Rəisi başda olmaqla bir sıra yüksək rütbəli İran rəsmiləri ilə görüşüb.

DİGƏR XƏBƏRLƏR

Top