Bişkekdə xarici işlər nazirləri səviyyəsində görüş planlaşdırılır


“Moskva oktyabrın 12-də Bişkekdə MDB sammiti çərçivəsində Rusiya Federasiyası, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün mümkünlüyünü nəzərdən keçirir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBK-ya müsahibəsində deyib.
“Rusiya, Azərbaycan və Ermənistan arasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələlərinin bütün spektri üzrə dialoq heç vaxt kəsilməyib. Ümid edirik ki, bu cür təmaslar davam edəcək. Biz oktyabrın 12-də Bişkekdə MDB sammitinin tədbirləri çərçivəsində xarici işlər nazirləri səviyyəsində belə görüşlərin keçirilməsi imkanlarını nəzərdən keçiririk”, - Qaluzin bildirib.
O deyib ki, Azərbaycan tərəfi artıq prinsipial razılıq verib:
“Biz gözləyirik ki, Ermənistan tərəfi də bu məsələyə məsuliyyətlə yanaşacaq və belə danışıqlarda iştirak etməyə razı olacaq”.

DİGƏR XƏBƏRLƏR

Top