İsrail qırıcıları, helikopterləri və artilleriyası ötən gecə Qəzza zolağında HƏMAS hərəkatı və İslami Cihad qruplaşmasının radikallarının 500-dən çox hədəfini vurub.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Gecə ərzində İsrail Silahlı Qüvvələrinin (İSQ) döyüş təyyarələri, helikopterləri və artilleriyası Qəzza zolağında HƏMAS hərəkatı və İslami Cihad qruplaşmasının 500-dən çox obyektinə zərbələr endirib. HƏMAS-ın və İslami Cihadın yeddi və daha çox komandanlıq mərkəzi hücuma məruz qalıb. İSQ həmçinin HƏMAS-ın katibi və idarə heyətinin üzvü Ruhi Maştaanın iqamətgahının yerləşdiyi çoxmərtəbəli binaya da zərbələr endirib”, - məlumatda bildirilir.
Qeyd olunur ki, bundan əlavə, Beyt Hanun bölgəsində üç terrorçu tuneli vurulub və HƏMAS-ın iki əməliyyat məntəqəsi təyyarə hücumuna məruz qalıb:
“İSQ Qəzza zolağına zərbələr endirməyə və terror təşkilatlarının mövqelərini zəiflətməyə davam edəcək”.