Səhiyyə Nazirliyinin 2,3 milyonluq tenderini bu şirkət uddu


Səhiyyə Nazirliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “Pro Construction Company” MMC olub.
Yeniavaz.com
xəbər verir ki, Nazirlik səhiyyə müəssisələrində cari təmir işlərinin aparılmasına görə “Pro Construction Company” MMC-yə 2 milyon 314 min 200 manat ödəyəcək.
Nizamnamə kapitalı 10 manat olan “Pro Construction Company” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov (Buzovna), ev 4, mənzil 74-də yerləşir. Şirkətin qanuni təmsilçisi Məhərrəmov Elnur Elşad oğludur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top