
Oktyabrın 10-dan etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə uçuşları bərpa edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, uçuşlarla bağlı hər hansı dəyişiklik və ya yenilik olduqda, sərnişinlərə dərhal məlumat veriləcək:
“Əlavə məlumat əldə etmək üçün sərnişinlərə [email protected] elektron ünvanı vasitəsilə “Azərbaycan Hava Yolları”nın çağrı mərkəzinə müraciət etmələri tövsiyə olunur”.