“İsraildəki Azərbaycan vətəndaşlarının dəqiq sayı bilinmir” – XİN


“Təxliyə üçün müraciət çox azdır, olanlar da müntəzəm reyslərlə çıxa bilirlər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən APA-nın İsraildəki azərbaycanlılarla bağlı müvafiq sorğusuna cavab verilib.
Bildirilib ki, hazırda İsraildə olan Azərbaycan vətəndaşlarının dəqiq sayı bilinmir, çünki, əksəriyyətinin ikili vətəndaşlığı var.
“Azərbaycanlı vətəndaşlar arasında ölən və yaralanan yoxdur. Təxliyə üçün müraciət çox azdır, olanlar da müntəzəm reyslərlə çıxa bilirlər”, -deyə məlumatda qeyd olunub.
XİN həmçinin Əfqanıstanın Herat şəhərində yüzlərlə insanın həyatına son qoyan dağıdıcı zəlzələ ilə bağlı başsağlığı verib.
“Bu faciədə həyatını itirənlərin ailələrinə başsağlığı veririk.
Düşüncələrimiz və dualarımız Əfqanıstan xalqı ilədir”, - qurumun Tvitterdə yaydığı məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top