İsrail Təhsil Nazirliyi təhlükəsizlik vəziyyəti ilə əlaqədar oktyabrın 9-da və 10-da ölkə üzrə təhsil müəssisələrində dərsləri ləğv edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Kan” televiziya və radio şirkəti Təhsil Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
Qeyd edək ki, İsrail hakimiyyəti ölkənin müharibə vəziyyətinə keçirilməsi qərarını təsdiqləyib ki, bu da böyük hərbi əməliyyatların başlanmasını nəzərdə tutur.