Bellinqhem “Real Madrid”də Ronaldonun rekordunu qırdı


“Real Madrid”in bu mövsüm heyətinə cəlb etdiyi 20 yaşlı ingilis yarımmüdafiəçi Cude Bellinqhem İspaniya çempionatının 9-cu turu çərçivəsində keçirilən oyunda (4:0) “Osasuna”ya 2 qol vuraraq Portuqaliyalı superulduz Kriştianu Ronaldonun bu klubdakı məhsuldarlıq rekordunu üstələyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Opta (Britaniya idman analitika şirkəti) məlumat yayıb.
Bildirilir ki, Bellinqhem “Real Madrid”də oynadığı ilk 10 matçda 10 qol vurub və 3 məhsuldar ötürmə edib.
Ronaldonun “Kral klubu”ndakı ilk 10 oyunda göstəriciləri isə belə idi: 10 qol, 1 məhsuldar ötürmə.
Qeyd edək ki, Bellinqhem bu yay 103 milyon avroya “Borussiya Dortmund”dan “Real Madrid”ə keçib. Onun müqaviləsi 2029-cu ilin iyununa qədər nəzərdə tutulub.
İngilis yarımmüdafiəçinin hazırkı bazar dəyəri 120 milyon avro qiymətləndirilir.

DİGƏR XƏBƏRLƏR

Top