İsraildə müharibə vəziyyəti elan edildi


İsrail hakimiyyəti ölkənin “müharibə vəziyyətinə” keçirilməsi qərarını təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Baş naziri Benyamin Netanyahunun ofisi bəyanat yayıb.
Bildirilib ki, bu böyük hərbi əməliyyatların başlanmasını nəzərdə tutur.
“Hərbi-Siyasi Nazirlər Kabineti (hökumətin əsas nazirlərindən ibarət) dünən axşam (7 oktyabr) müharibə vəziyyətinə keçidi və müvafiq olaraq, iri hərbi əməliyyatların başlanmasını təsdiqləyib”, - bəyanatda deyilir.
Qeyd edək ki, ötən gün səhər saatlarından etibarən İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. HƏMAS İsrailə 5000 raket atdığını bildirib. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və ölkənin müdafiə naziri Yoav Qalant orduya ehtiyatda olan hərbçilərin çağırışını təsdiqləyib, həmçinin Qəzzadan 80 km radiusda “arxada xüsusi vəziyyətin” tətbiqinə göstəriş verib.
Hazırda İsrail ordusu Qəzzada “Dəmir Qılınclar” əməliyyatı keçirir.

DİGƏR XƏBƏRLƏR

Top