Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, həmçinin Partiyanın sədri Əli Kərimlinin mühafizəçisi Kənan Basqal oktybarın 6-da həbs olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ə. Kərimli özünün sosial şəbəkə hesabında yazıb.
O, K. Basqalın şərlənərək həbs edildiyini iddia edir:
“Mübariz, əqidəli cəbhəçi, 1-ci Qarabağ savaşı qazisi, Vətən torpaqlarının müdafiəsi zamanı ağır xəsarətlər almış, mənim ictimai əsaslarla mühafizəçim Kənan Basqal şərlənərək həbs edilib.
Kənan bəy polisə müqavimət adı ilə şərlənib və inzibati qaydada 25 sutka müddətinə həbs olunub”.
Kənan Basqal
Məsələ Iə bağlı Daxili İşlər Nazirliyindən məlumat almaq mümkün olmayıb.