
İsrailin Fələstinin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 413 nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
“413 vətəndaş, o cümlədən 78 uşaq və 41 qadın həlak olub. 2,3 min nəfər yaralanıb, onların 213-ü uşaq, 140-ı qadındır”, - məlumatda qeyd edilib.
Bundan əvvəl oktyabrın 7-də eskalasiya başlayandan bəri 370 nəfərin öldüyü, 2,2 minə yaxınının yaralandığı bildirilirdi.
***11:19
Qəzza zolağında İsrail və HƏMAS arasında qarşıdurmanın qızışması nəticəsində 256 fələstinlinin həlak olduğu, daha 1788 nəfərin yaralandığı bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, onların əksəriyyəti İsrailin cavab zərbələri nəticəsində həlak olub.
İsrail Müdafiə Qüvvələri isə Qəzzaya endirilən zərbələr nəticəsində yüzlərlə fələstinli yaraqlının öldürüldüyünü açıqlayıb.
“Haaretz”in yaydığı məlumata görə münaqişə başladığı andan azı 250 israilli həlak olub, 1600-dən çoxu yaralanıb.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü bildirib ki, ordu Həmas və İslami Cihad yaraqlılarının sızdığı Qəzza sərhədindəki yaşayış məntəqələrinin əksəriyyətinə nəzarəti bərpa edib. Hərbçilər təsdiqləyiblər ki, əhəmiyyətli sayda İsrail vətəndaşı və əsgəri Qəzza zolağında Həmas yaraqlıları tərəfindən girov saxlanılır.
Tətbiqimizi yükləyə bilərsiniz