Əfqanıstanda 6,2 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com xəbər verir ki, “Associated Press” Talibanın nümayəndəsinə istinadən ən azı 2 min nəfərin öldüyünü yazır.
Bildirilir ki, Herat vilayətində baş verən zəlzələ nəticəsində altıya yaxın kənd tamamilə dağılıb.
Qeyd olunur ki, zəlzələnin episentri 272 min insanın yaşadığı Herat şəhərindən 42 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşir.