
Rusiyada neft və qaz daha 50 il kifayət edəcək. “Yeniavaz.az”ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu “Sberbank”ın rəhbəri German Qref “Gələcəyə doğru: Rusiyanın rolu və yeri” konfransında deyib. O bildirib: “Bizdə ölkədə neftlə hər şey qaydasındadır. Neft və qaz yaxın 50 il kifayət edəcək”. Oktyabrın əvvəlində Rusiyanın iri bankının və keçmiş iqtsadiyyat naziri G. Qref bəyan etmişdi ki, bu, “monoməhsul” Rusiyada 2028-2030-cu illərdə tükənəcək. Bu sözləri şərh edən energetika nazirinin müavini Kirill Molodtsov bildirmişdi ki, Rusiyada karbohidrogenlər ən azı 40-50 kifayət edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz