
İsrail Müdafiə Qüvvələrinin sözçüsü briqada generalı Daniel Hagari HƏMAS terrorçularının bir neçə İsrail vətəndaşını və hərbçini girov götürdüyünü təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, generalın sözlərini CNN sitat gətirir.
“Həmas tərəfindən əsir götürülən girovlar və əsirlər var. İsrail Müdafiə Qüvvələrinin əsgərləri arasında ölənlər var. Hələlik dəqiq rəqəmimiz yoxdur - biz müharibə vəziyyətindəyik”, - Daniel Hagari bildirib.
HƏMAS-ın əməliyyatına qoşulan Fələstin “İslami Cihad” təşkilatı kişi, qadın və uşaqları girov götürdüyünü açıqlayıb.
“Əsir götürülənlər müqavimət təşkilatlarının əlində olan bütün məhbuslarımız İsrail həbsxanalarından azad olunana qədər saxlanılacaq”, - “İslami Cihad” sözçüsü Davud Şihab bildirib.
Həmçinin sosial şəbəkələrdə fələstinlilər tərəfindən mülki əhalinin və İsrail hərbçilərinin əsir götürülməsinin əks olunduğu deyilən kadrlar yayılıb:
#Israel under attack
— Shadi Alkasim (@Shadi_Alkasim) October 7, 2023
This is an unprecedented attack on Israel#Hamas militias kidnap many Israeli civilians, many of whom are #women pic.twitter.com/U4VjlhqcDZ
Hamas terrorists kidnap Israeli grandmothers and whisk them into Gaza Strip on golf carts.
— Eternal Optimist (@etoptimist) October 7, 2023
What sort of cowards do such tactics. Hide behind old women and kids.
They have opened the Gates of Hell pic.twitter.com/J9vhf4aRFB
Qeyd edək ki, İsrail ərazisinə raket hücumları şənbə günü səhər tezdən Qəzza zolağından başlayıb. Təl-Əviv ərazisi və ətrafı da daxil olmaqla, ölkənin bir çox yerində səhər saat altının yarısından fasiləsiz olaraq həyəcan siqnalları səslənib. HƏMAS artıq İsrailə 5 min raket atıldığını iddia edir. İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari bildirib ki, Qəzza zolağından ən azı 2200 raket atılıb. Son məlumatlara görə, İsrailə raket zərbələri nəticəsində azı 40 nəfər ölüb, 740-dan çox insan yaralanıb.
Tətbiqimizi yükləyə bilərsiniz