
“İsrail dövləti müharibədədir və bu müharibədə qalib gələcək”.
Yeniavaz.com xəbər verir ki, bunu İsrail baş naziri Benyamin Netanyahu bildirib.
"Biz müharibə vəziyyətindəyik və biz qalib gələcəyik. Mən ehtiyatda olan hərbçilərin kütləvi səfərbər edilməsini və düşmənin atəşinə cavab verilməsini əmr etdim", - baş nazir bildirib.
"Mən təhlükəsizlik qüvvələrinin rəhbərlərini topladım və onlara əvvəlcə terrorçuların sızdığı əraziləri təmizləməyi tapşırdım. Hazırda bu, həyata keçirilir”, - Netanyahu əlavə edib.