İsrail ordusunu müharibəyə hazır vəziyyətə gətirdi


İsrail ordusu Fələstin anklavından şənbə günü başlayan kütləvi raket atəşindən sonra Qəzza zolağına hücumlara başlayıb
.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"İsrail Müdafiə Qüvvələri hazırda Qəzza zolağına zərbələr endirir. Təfərrüatlar bundan sonra veriləcək", - məlumatda deyilir.
Qeyd edək ki, İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti Qəzza zolağından İsrail ərazisinə raketlərin atıldığını təsdiqləyib. Şənbə günü səhər Bakı vaxtı ilə saat 07:28-dən başlayaraq Tel-Əviv ərazisi və ətrafı da daxil olmaqla ölkənin bir çox yerində həyəcan siqnalları səslənir. Baş verənlər fonunda İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və ölkənin müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin orduya çağırılmasını təsdiqləyib.

DİGƏR XƏBƏRLƏR

Top