
Türkiyənin “Beşiktaş” futbol klubunun baş məşqçisi Şenol Günəş istefa verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Qeyd edək ki, onun idarəçiliyində “Beşiktaş” son həftələrdə uğursuz nəticələrlə yadda qalıb.
“Qara qartallar” sonuncu dəfə ötən gün – oktyabrın 5-də UEFA Konfrans Liqasının qrup mərhələsində doğma meydanda “Lugano”ya qarşı 2-0 hesabla önə keçdikləri matçı 2-3 uduzublar.
Tətbiqimizi yükləyə bilərsiniz