Ermənistan MN: “Rusiya rəsmiləri ilə görüş nəzərdə tutulmur” – Yenilənib


“Bir müddət əvvəl mətbuatın yazdığı Rusiya Müdafiə Nazirliyi nümayəndə heyətinin səfəri ilə bağlı Ermənistan Müdafiə Nazirliyində hər hansı məlumat yoxdur”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə News.am-a Ermənistan Müdafiə Nazirliyinin sözçüsü məlumat verib.
O bildirib ki, Nazirlikdə belə bir görüşün keçirilməsi nəzərdə tutulmur.

***12:56
Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasının vaxtını müzakirə etmək üçün cümə günü İrəvana səfər edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-a diplomatik mənbə məlumat verib.
“Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün İrəvana səfər edəcək. Ermənistan tərəfi ilə görüşdə Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağdan (Qarabağ iqtisadi rayonu) çıxarılmasının konkret tarixləri müzakirə olunacaq”, - mənbə bildirib.

DİGƏR XƏBƏRLƏR

Top