
Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi lokal xarakterli antiteror tədbirləri zamanı ağır yaralanan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polis nəfəri Əzizbəy Muradovun şəhid olduğu bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə onun yaxınları məlumat yayıb.
Bildirilir ki, o, oktyabrın 6-da müalicə olunduğu hospitalda vəfat edib.
Onun doğulduğu Sabirabad rayonunun Ulacalı kəndində dəfn olunacağı deyilir.
Allah rəhmət eləsin!