“Tramp spiker olmağa hazırdır” – “Fox News”


ABŞ-ın keçmiş prezidenti Donald Tramp Respublikaçılar başqa namizəd tapana qədər bir müddət Nümayəndələr Palatasının spikeri olmağa hazır olduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
“Onlar (Respublikaçılar Partiyası nəzərdə tututlur) məndən uzunmüddətli namizəd tapana qədər Nümayəndələr Palatasının spikeri vəzifəsini tutmaq istəyib-istəmədiyimi soruşdular. Mən bunu istədiyim üçün etmirəm. Mən bunu zərurət olacağı təqdirdə qərar verə bilməsələr, edəcəyəm”, - Tramp deyib.
Tramp partiya naminə respublikaçıların 30, 60 və ya 90 gün müddətinə spiker kürsüsünə oturmağa hazır olduğunu bildirib. O, həmçinin qeyd edib ki, onun əsas diqqəti prezident seçkilərinə yönəlib.
Qeyd edək ki, daha əvvəl “Politico” qəzeti mənbələrə istinadən xəbər vermişdi ki, Tramp gələn həftə spiker postuna öz namizədliyini partiya üzvlərinə təklif etmək üçün Vaşinqtona gedəcək.
Qeyd olunur ki, belə bir təyinat mümkün deyil, çünki Nümayəndələr Palatası heç vaxt Konqresdən kənar adamı bu vəzifəyə seçməyib, baxmayaraq ki, bu, formal olaraq qadağan deyil.

DİGƏR XƏBƏRLƏR

Top