Türkiyənin hərbçisi şəhid oldu


İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı zonasında Türkiyə Silahlı Qüvvələrinin piyada çavuşu Rəcəb Parlak terrorçular tərəfindən açılan atəş nəticəsində şəhid olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, şəhid çavuş Rəcəb Parlak 30 Sentyabr 2023-cü il tarixdə “Pəncə-Kilid” əməliyyatı zonasında terrorçular tərəfindən açılan atəş nəticəsində yaralanıb və xəstəxanaya yerləşdirilib. Məlumatda aşağıdakı ifadələr yer alıb:
“Qəhrəman silahdaşımız piyada çavuşu Rəcəb Parlak müalicə olunduğu xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyib və oktyabrın 5-də şəhid olub. Əziz şəhidimizə Allahdan rəhmət diləyir, ailəsinə, Türk Silahlı Qüvvələrinə və millətimizə başsağlığı veririk”.
Türkiyə Milli Müdafiə naziri Yaşar Gülər ​​də Şəhid Rəcəb Parlak üçün başsağlığı ünvanlayıb.

DİGƏR XƏBƏRLƏR

Top