
Avropa İttifaqı Ermənistana 25 milyon avrodan çox yardım ayıracaq.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon der Lyayen Avropa Siyasi İcmasının Qranadada keçirilən sammitinə gedərkən deyib.
“Biz Ermənistana 5,2 milyon avro ayırmışdıq. Mən bu gün Ermənistan baş nazirinə deyəcəyəm ki, biz bu məbləği iki dəfə artıraraq 10,2 milyon avroya çatdırdıq. Bundan əlavə biz Ermənistan büdcəsinə daha 15 milyon avro yardım edəcəyik”, - Lyayen bildirib.
Avropa Komissiyasının rəhbəri Qranadada Paşinyanla görüş keçirəcəyini və Ermənistana dəstək məsələsini müzakirə edəcəyini də deyib.
“Əlbəttə, Ermənistan bu gün müzakirələrdə mühüm rol oynayacaq. Mən Ermənistanın baş naziri ilə ikitərəfli formatda görüşəcəyəm. Biz Ermənistanı qətiyyətlə dəstəkləyirik. Biz bu kritik vəziyyətdə Ermənistan üçün daha nələr edə biləcəyimizi də müzakirə edəcəyik”, - o deyib.
Tətbiqimizi yükləyə bilərsiniz