Komandir işçilərə hücumuna görə Ağ Evdən çıxarıldı


ABŞ Prezidenti Co Baydenin iti Komandir aqressiv davranışlarına görə Ağ Evdən çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
“Komandir hazırda Ağ Evin kampusunda deyil”, - birinci xanım Cill Baydenin ictimaiyyətlə əlaqələr üzrə direktoru Elizabet Aleksandr deyib.
Alman çoban iti olan Komandir sonuncu dəfə ötən ay Ağ Ev ərazisində gizli xidmət agentini dişləyib. Bu hadisə Komandirin Ağ Ev və ya gizli xidmət işçilərini dişləməsi ilə bağlı 11-ci məlum hadisə olub.
CNN isə Komandirlə bağlı bildirilməyən daha çox dişləmə hadisəsinin olduğunu bildirib. Hətta Komandirin məxfi xidmət zabitlərindən birini dişləməsi onun xəstəxanaya yerləşdirilməsinə səbəb olub.
Komandir Co Bayden və Cill Baydenin Delaverdəki dostları ilə yaşamağa göndərilib.
Xatırladaq ki, Komandirin Ağ Evə gəlişi Baydenin əvvəlki iti Meycrın Ağ Evdən uzaqlaşdırılmasından sonra baş verib. Bunun da səbəbi Meycrın özünü aqressiv aparması, o cümlədən gizli xidmət və Ağ Ev işçilərini dişləməsi olub.

DİGƏR XƏBƏRLƏR

Top