İran Prezidenti İbrahim Rəisi Tehranda Azərbaycan Prezidentinin xüsusi məsələlər üzrə nümayəndəsi Xələf Xələfovu qəbul edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Prezident Tehranla Bakı arasında münasibətlərin səviyyəsini yüksəltməyi, iki ölkə arasında fikir ayrılıqları və münasibətləri pozmağa yönəlmiş planlarla məşğul olmağı zəruri hesab edib, həmçinin bildirib ki, regionda sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsi iki ölkənin əməkdaşlığından asılıdır:
“İran Azərbaycan və Ermənistanın güclü qonşusu kimi bu iki ölkənin fikir ayrılıqlarının və problemlərinin həllinə kömək etməyə tam hazırdır”.
Görüşdə Xələf Xələfov həmçinin İranın mövqeyini və prezidentin iki ölkə arasında münasibətlərin qorunub saxlanmasında səmərəli rolunu yüksək qiymətləndirib.