“Əgər mənim gedişim ilə ölkənin bütün təhlükəsizlik problemlərinin həll olunacağına əmin olsam, hakimiyyəti anındaca tərk edəcəyəm”.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu hökumət saatı zamanı deyib.
Baş nazir qeyd edib ki, o, hakimiyyətdən yapışmayıb:
“Lakin vəziyyətin təhlili göstərir ki, mən istefa versəm, bunun tam əksi baş verəcək”.