Özünü “12-ci İmam” adlandırdığı deyilən şəxsin 13 il həbsi istənilir


Prokuror özünü 12-ci İmam Mehdi kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevə 13 il iş istəyib.
Yeniavaz.com
“Report”a istinadla xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Qeyd edək ki, Aqil Babayev zərərçəkmişlərə 2 milyon 500 min manat miqdarında ümumilikdə ziyan vurub.
İttihama görə, Aqil Babayev inanclı insanlar arasında özünü zühur etmiş "12-ci İmam Mehdi" kimi təqdim edib və boy olla dələduzluq əməllərini törədib.
Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, Aqil Babayev “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.
Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

DİGƏR XƏBƏRLƏR

Top