“Rusiya Qarabağa qayıtmaq istəyən ermənilərə dəstək verəcək”


“Rusiya bölgəni tərk etmiş Qarabağ sakinlərinin bir qisminin geri qayıtmaq planlarından xəbərdardır”.

Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
O bildirib ki, Moskva bu prosesə dəstək verəcək:
“Bizə məlumat daxil olur ki, Qarabağ sakinlərinin bir qismi geri qayıtmaq fikrindədir. Əgər buna şərait yaradılarsa və onların təhlükəsizliyi təmin olunarsa, bu halda Rusiya Azərbaycan tərəfi ilə təmasda bu prosesə yardım göstərəcək”.

DİGƏR XƏBƏRLƏR

Top