
İlham Əliyevin Avropa İttifaqı, Fransa və Almaniya liderlərinin iştirakı ilə Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya getməkdən imtina etdiyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə yerli KİV-də məlumat yayılıb.
Qeyd olunur ki, buna səbəb Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif etsə də, buna imkan verilməməsi olub. Bildirilir ki, bu məsələdə Fransa və Almaniya xüsusi canfəşanlıq nümayiş etdirib.
Həmçinin vurğulanır ki, Fransa rəsmilərinin (müdafiə naziri, xarici işlər naziri və s.) ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamalar, Aİ Şurasının Prezidenti Şarl Mişelin dünənki Azərbaycanı ittiham edən açıqlaması fonunda Azərbaycan bu formatda danışıqlarda iştiraka lüzum görməyib.
Bildirilir ki, belə bir şəraitdə Azərbaycan tərəfi danışıqlar aparmaqdan imtina edib.
Qeyd edək ki, oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin sammiti keçiriləcək.
Beştərəfli görüş sammit çərçivəsində baş tutmalı idi.