Bu il övladlığa verilən uşaqların sayı açıqlandı


2023-cü ilin ötən dövründə 100 uşaq övladlığa verilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onlardan 51 nəfəri oğlan, 49 nəfəri isə qızdır.
Qeyd olunub ki, övladlığa verilən uşaqlardan 66 nəfəri yaxın qohumu tərəfindən övladlığa götürülüb.
“Uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır.
Reinteqrasiya tədbirləri də davam edir. Həmin tədbirlər nəticəsində bu il dövlət uşaq müəssisələrindən 126 uşaq öz ailəsinə qaytarılıb. Həmin uşaqlardan 67 nəfəri oğlan, 59 nəfəri isə qızdır”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top