Rusiya erməni parlamentarilərə sanksiya tətbiq edə bilər


“Beynəlxalq Cinayət Məcəlləsinin (BCM) Roma Statutunun ratifikasiyasını təşviq edən və rusofob mövqe tutan erməni parlamentarilərə qarşı sanksiyaların tətbiqi ehtimalı istisna edilmir”.
Yeniavaz.com
Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa RİA Novosti -yə müsahibəsində bildirib.
“Ermənistanın Baş naziri Nikol Paşinyanın rusofob siyasəti ABŞ-ın təzyiqi altında baş verir, lakin bu cür hərəkətlərə görə parlament üzvləri də məsuliyyət daşıyır”, - deputat bildirib.
Xatırladaq ki, oktyabrın 3-də Ermənistan Parlamenti BCM-nin Roma Statutunu rəsmən ratifikasiya edib. Bir neçə ay idi ki, bu istiqamətdə iş gedirdi.

DİGƏR XƏBƏRLƏR

Top