Ankarada terror aktı törədənlərdən daha birinin kimliyi bəlli oldu


Türkiyənin paytaxtı Ankarada Daxili İşlər Nazirliyinin Mühafizə Baş İdarəsinin qarşısında terror aktı törədən ikinci terrorçunun da kimliyi müəyyənləşib.

Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilib ki, araşdırmalar və DNT analizləri nəticəsində terror aktını törədən ikinci terrorçunun PKK terror təşkilatının üzvü Özkan Şahin olduğu müəyyənləşib.
Xatırladaq ki, nazirlik bundan əvvəl terror aktını törədən birinci terrorçunun yenə  PKK terror təşkilatının üzvü Həsən Oğuz olduğunu bəyan etmişdi.
Nazirlik, həmçinin aparılan istintaq fəaliyyətlərinin davam etdiyini bildirib.
Qeyd edək ki, oktyabrın 1-i bazar günü 2 terrorçu tərəfindən Daxili İşlər Nazirliyinin Mühafizə Baş İdarəsinə bombalı hücum təşkil olunmuş, polis əməkdaşlarının təxirəsalınmaz cavab tədbirləri nəticəsində hücumun qarşısı alınaraq, terrorçular zərərsizləşdirilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top