“Rusiya sülhməramlıları Qarabağın 98 mindən çox sakininin Ermənistana təxliyyəsində iştirak edib”.
Yeniavaz.com RBK-ya istinadla xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
“Rusiya sülhməramlılarının vasitəçiliyi ilə müharibə edən tərəflər tam atəşkəs haqqında razılığa gələ biliblər. 32 mini uşaq olmaqla, 98 mindən çox dinc sakinin Dağlıq Qarabağdan Ermənistan ərazisinə təxliyəsi təşkil edilib”, - Şoyqu bildirib.
Xatırladaq ki, daha əvvəl Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bildirib ki, Qarabağı 100 min 417 nəfər tərk edib.
Qeyd edək ki, rəsmi Bakı bu barədə hələ ki, heç bir açıqlama verməyib.