
“Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada hədiyyələrin verilməsi və ya vəsait toplanması yolverilməzdir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə bağlı yaydığı məlumatda deyilir.
“Bu kimi hallarla rastlaşdıqda nazirliyin “Qaynar xətt” xidmətinə (146) anonim olmadan məlumat verməyinizi xahiş edirik. Bununla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələrinə tapşırıqlar verilib. Məsələ ilə bağlı müvafiq monitorinqlər aparılacaq”, - məlumatda deyilir.
Nazirlik, həmçinin əlamətdar gün münasibətilə müəllimləri təbrik edib, onlara peşə fəaliyyətlərində uğurlar arzulayıb:
“Eyni zamanda, valideynlərə müraciət edərək bildiririk ki, təhsil ictimaiyyətinin başlatdığı #MənimMüəllimim çağırışına qoşularaq müəllimlərə xoş söz, təbrik mesajlarının çatdırılması onlar üçün ən böyük hədiyyədir”.
Tətbiqimizi yükləyə bilərsiniz