![lavrov irana gedəcək](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2022/8/18/1/2645d775-0a43-44c5-9b1d-9ef0d6130f94/lavrov-esebi.jpg)
“Moskva azərbaycanlı həmkarları və qonşuları ilə Qarabağda vəziyyəti sabitləşdirmək üçün işləyir”.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Valday” beynəlxalq diskussiya klubunun 20-ci illik toplantısı çərçivəsində jurnalistlərə deyib.
"Biz azərbaycanlı həmkarlarımız və qonşularımızla Qarabağda vəziyyəti sabitləşdirmək, orada etimadı gücləndirmək, normal həyatın bərpası, ermənilərlə azərbaycanlıların birgə yaşayışı üçün şərait yaratmaq üçün çalışırıq. Ümid edirəm ki, İrəvan da bunda maraqlıdır və bunun üçün səy göstərəcək”, - deyə nazir bildirib.