
“Gucci” moda brendinin reklam simalarından biri olan erməni model Armine Arutyunyan Ermənistanda fəaliyyət göstərən VoMa terror təşkilatına qoşulub.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, təşkilatın kanalına müsahibəsi zamanı danışıb.
Armine Arutyunyan, həmçinin müsahibə zamanı Azərbaycana hücum edəcəklərini də bildirib.
Qeyd edək ki, VoMA “qeyri-hökumət təşkilatı” 2014-cü ildə bir qrup peşəkar hərbçi və veteran tərəfindən yaradılıb. Təşkilatın Vikipediya səhifəsində qeyd olunur ki, onlar 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı faktiki döyüş əməliyyatlarında iştirak edib, həmçinin könüllü dəstələr hazırlamaqla hərbi fəaliyyətlər həyata keçirib.

