Bolqarıstan da Rusiya avtomobillərinin ölkəyə girişinə qadağa qoydu


Bolqarıstan da Rusiya avtomobillərinin ölkəyə girişinə qadağa qoyub.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyasının efirində sərhəd polisinin direktoru, baş komissar Anton Zlatanov məlumat verib.
Baş komissar Rusiya avtomobillərinin Bolqarıstana girişinə qadağanın oktyabrın 2-də günün sonundan qüvvəyə minəcəyini bildirib.
"Avropa Komissiyasının Rusiya avtomobilləri ilə bağlı direktivi kifayət qədər geniş sahəni əhatə edir. Artıq bir çox dövlətlər Rusiya avtomobillərinin girişinə qadağa qoyublar, digər dövlətlər isə bu məsələni müzakirə edirlər.
Biz də cümə axşamı günündən gömrükdəki həmkarlarımızla fəal işləyirik, çünki işin böyük hissəsi onların üzərinə düşür. Əminəm ki, günün sonuna kimi avtomobillərin ölkəyə girişinə qadağa tətbiq olunmağa başlayacaq. Qeyd etmək istərdim ki, yük maşınları üçün bu qadağa artıq bir neçə aydır ki, qüvvədədir”, - deyə o qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top