Ukrayna “Bayraktar Akıncı”nın təkmilləşdirilmiş versiyasını ala bilər


Türkiyə “Bayraktar Akıncı” pilotsuz təyyarələrinin Ukraynaya təhvil verilməsi məsələsini nəzərdən keçirir.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar deyib.
““Bayraktar Akıncı”ya gəlincə, bu məsələ nəzərdən keçirilir”, - o bildirib.
Bayraktarın sözlərinə görə, Ukraynada müəyyən tipli PUA istehsal etmək üçün şirkət Türkiyə hökumətindən icazə almalıdır.
“Müdafiə sahəsindəki əməkdaşlıqda dövlətin icazəsi lazımdır və bizdə bu icazə var. Ona görə də, deyə bilərəm ki, “Akıncı” məsələsi nəzərdən keçirilir”, - şirkət rəhbəri əlavə edib.
Qeyd edək ki, Haluk Bayraktar sentyabrın 29-da Kiyevdə keçirilən 1-ci Müdafiə Sənayesi Forumunda Ukraynada “Bayraktar” pilotsuz uçan aparat istehsal edən zavodun tikintisini 1,5 il ərzində başa çatdırmağı planlaşdırdıqlarını açıqlayıb. Onun sözlərinə görə, şirkət bütövlükdə Ukraynaya təxminən 100 milyon dollar sərmayə qoyur. Bu vəsait zavodun tikintisi ilə yanaşı, xidmət mərkəzinin və şirkətin Ukraynadakı baş ofisinin saxlanmasına sərf olunur.

DİGƏR XƏBƏRLƏR

Top