
Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror tədbirləri zamanı yaralanan hərbi qulluqçumuz Qasımov Cahan Xəqani oğlu şəhid olub.
Yeniavaz.com xəbər verir ki, Xocavənd rayonu istiqamətində yaralanan hərbçimiz bir neçə gün idi hospitalda müalicə olunurdu.
Qeyd edək ki, şəhid Qasımov İsmayıllı rayonunun Qalınçaq kənd sakinidir.
Allah rəhmət eləsin!
Tətbiqimizi yükləyə bilərsiniz