Zaqatalada Vətən müharibəsi iştirakçısı həlak oldu


Sentyabrın 30-u saat 22:30 radələrində Zaqatala rayonunun Yengiyan kəndi ərazisində partlayıcı maddənin partlaması nəticəsində iki nəfər kənd sakini-1991-ci il təvəllüdlü Məqsəd Rzayev və 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun xəsarət alması barədə polisə məlumat daxil olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin regional qrupu məlumat yayıb.
Məlumata görə, həmin şəxslər xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq H. Gülməmmədov həlak olub.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, həlak olan şəxs Vətən müharibəsi iştirakçısıdır.

DİGƏR XƏBƏRLƏR

Top