Bakı Dövlət Universitetinin (BDU) keçirdiyi tender müsabiqəsinin qalibi “Fire Alarm” MMC olub.
Yeniavaz.com xəbər verir ki, BDU Universitetin tədris və yardımçı binalarının yanğından mühafizəsi üçün kommunikasiya və hidrant sistemlərinin quraşdırılması işlərinin satın alınmasına görə “Fire Alarm” MMC-yə 3 milyon 367 min 814 manat 97 qəpik ödəyəcək.
Nizamnamə kapitalı 10 manat olan “Fire Alarm” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əliağa Vahid, ev 14, mənzil 6-da yerləşir. Şirkətin qanuni təmsilçisi Mahmudov Şövqi Mürvət oğludur.
Elnur Əli