Tramp Baydeni məsxərəyə qoydu – Video


ABŞ-ın keçmiş prezidenti Donald Tramp öz xələfi Co Baydeni məsxərəyə qoyub.
Yeniavaz.com
xəbər verir ki, o, Kaliforniyada keçirilən Respublikaçılar Partiyasının toplantısında çıxış edərkən Baydenin tez-tez səhnədə yaşadığı problemləri gündəmə gətirib və onu təqlid edib.
Belə ki, o, çıxış edərkən səhnədə arxasına dönüb, “Mən haradayam?” deyərək Baydeni ələ salıb. Həmin anlar zaldakıların gülüşünə səbəb olub.
“Kimsə onun girişi tapa biləcəyinə inanırmı? Adam səhnədə yolunu tapa bilmir”, - deyə bildirib.

DİGƏR XƏBƏRLƏR

Top