Növbəti görüşün oktyabrın 2-də Xankəndidə baş tutacağı bildirilir


Xəbər verdiyimiz kimi, sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş keçirilib.
Yeniavaz.com
xəbər verir ki, Erməni KİV-də tərəflər arasında növbəti görüşün oktyabrın 2-də Xankəndidə baş tutacağı ilə bağlı məlumat yayılıb.
Qeyd edək ki, ötən gün keçirilən görüşdə təsərrüfat, kommunal və digər bu kimi məsələlərin yerində həll edilməsi məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələləri üzrə yaradılmış İşçi qrupun üzvlərinin oktyabrın 2-də Xankəndi şəhərinə səfərinin nəzərdə tutulduğu bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top