Ermənistan müdafiə naziri Rusiyadakı iclasa getmədi


Ermənistanın müdafiə naziri Suren Papikyan MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Tulaya getməyib.
Yeniavaz.com “News.am”a istinadla xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Aram Torosyan açıqlayıb.
"Müdafiə naziri Suren Papikyan Tulaya getməyib və MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmir", - Aram Torosyan bildirib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bu gün MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının Tulada keçirilən iclasında Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyətinin də iştirak etdiyi barədə məlumat yayıb.

DİGƏR XƏBƏRLƏR

Top