Xankəndidə partlayışda ölənlərin sayı 170-ə çatdı


Xankəndidə yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 170-ə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ”24News” portalı məlumat yayıb.
"Xankəndidə yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində həlak olanların axtarışları davam edir. İndiyə qədər hadisə yerindən 170 nəfərin cəsədi tapılıb ", - məlumatda bildirilib.
Qeyd edək ki, bazar ertəsi axşam Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Partlayışda 200-dən çox insan itkisi olduğu ehtimal olunur. Hadisənin səbəbləri hələlik məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top