Ermənistana keçənlərin sayı 100 minə çatır – Yenilənib


Sentyabrın 29-u saat 22:00-a olan məlumata görə, Qarabağdan Ermənistana 98 929 nəfər gedib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan bildirib.

***21:08
Sentyabrın 29-u saat 20:00-a olan məlumata görə, Qarabağdan Ermənistana 98 625 nəfər gedib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan bildirib.

***19:11
Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan Qarabağdan Ermənistana keçənlərin sayını açıqlayıb.
Yeniavaz.com
News.am-a istinadla xəbər verir ki, o, indiyədək Ermənistan tərəfə 93 min nəfərin keçdiyini bildirib.
“Saat 12:00-a olan məlumata görə, Dağlıq Qarabağdan məcburi köçkünlərin sayı 91 448 nəfər olub, hazırda isə bu rəqəm 93 000-ə çatıb”, - Bağdasaryan bildirib.
O əlavə edib ki, həmçinin Həkəri körpüsündən indiyədək 19 min 103 avtomobil keçib.

***12:29
Qarabağdan Ermənistana gedənlərin sayı 88 mini ötüb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan brifinqdə məlumat verib.
“Bakı vaxtı ilə saat 10:00-a olan məlumata görə, Qarabağdan Ermənistana 88 780 nəfər gəlib”, - o qeyd edib.

***10.13 
Cümə günü səhərə qədər Qarabağdan Ermənistana gedənlərin sayı 84 mindən çox olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Saat 06:00-a olan məlumata görə, Qarabağdan Ermənistana gələnlərin sayı 84 770 nəfər olub”, - məlumatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top